Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib

05.11.2025 15:27 7 baxış sayı 2 dəq. oxuma Report
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin 2026-cı ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi rəsmiləşdirildi. Ölkəmiz qitə birinciliyinə ev sahibliyi edən dörd dövlətdən biridir. Milli komanda Bakıda keçiriləcək C qrupunda mübarizə aparacaq. Bu qrupda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Turnir ümumilikdə avqustun 21-dən sentyabrın 6-dək davam edəcək. Oyunlara Azərbaycan (Bakı), Türkiyə (İstanbul), Çexiya (Brno) və İsveç (Göteborq) ev sahibliyi edəcək.


Bakıdakı qarşılaşmalar avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında baş tutacaq. Azərbaycan yığması ilk oyununu Portuqaliya kollektivinə qarşı keçirəcək. Azərbaycanın qadınlardan ibarət voleybol millisi üçün C qrupundakı mübarizə cədvəli aşağıdakı kimi təsdiqlənib:


AVRO-2026-nın C qrupunun oyunlarının tam təqvimi:


21 avqust


19:00. Azərbaycan – Portuqaliya


22 avqust


15:30. Belçika – İspaniya


18:30. Rumıniya – Niderland


23 avqust


15:30. Portuqaliya – Belçika


18:30. İspaniya – Azərbaycan


24 avqust


15:30. Niderland – Portuqaliya


18:30. Azərbaycan – Rumıniya


25 avqust


15:30. Rumıniya – Belçika


18:30. Niderland – İspaniya


26 avqust


15:30. İspaniya – Portuqaliya


18:30. Belçika – Azərbaycan


27 avqust


15:30. Niderland – Belçika


18:30. Portuqaliya – Rumıniya


28 avqust


15:30. İspaniya – Rumıniya


18:30. Azərbaycan – Niderland


T
Komanda oyunları müxbiri

Basketbol, voleybol və digər komanda oyunları haqqında yazıram. Bu idman növlərinin Azərbaycanda populyarlaşmasına töhfə vermək istəyirəm.

Bütün məqalələrə baxın
Paylaş: