Maaşlarını ala bilməyən futbolçular aclıq aksiyasına başladılar

10.06.2020 13:36 615 baxış sayı 2 dəq. oxuma
Maaşlarını ala bilməyən futbolçular aclıq aksiyasına başladılar

Serbiyanın “Borats” klubunun futbolçuları aclıq aksiyasına başlayıblar.


Futbolçular məvaciblərini ala bilmədiyi üçün bu addımı atıblar.



“Borats”ın sahibləri külli miqdarda borca görə klubu dağıdıblar. Onlar “Provo”nu alıb və adını dəyişdirib “Borats 1926” qoysalar da, keçmiş futbolçularının pullarını ödəməyiblər.


“Borats”ın 25-ə yaxın futbolçusu gecə şəhərin icra hakimiyyəti binasının önündə etiraz aksiyası keçirib.

“Mançester Yunayted”in serbiyalı futbolçusu Nemanya Matiç də etiraz edən oyunçulara dəstək olub və sosial şəbəkə hesabında “siz tək deyilsiz, mən də yanınızdayam” yazıb.

L
İdman biznes analitiki

İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: