
İbrahim Tatlısəs 6-cı toy siqnalını verdi: Hər an evlənə bilərəm

Daha əvvəl 5 dəfə evlənən İbrahim Tatlısəs sosial media hesabındakı paylaşımında "Tək yaşamağı sevmirəm. Hər an sürpriz evlilik edə bilərəm" deyib.
Musiqi karyerası ilə yanaşı, şəxsi həyatı ilə də gündəmdən düşməyən İbrahim Tatlısəsin 5 dəfə nikah masasına oturduğu evliliklərindən 5 qız, 2 oğlan övladı var. Uzun müddətdir subay olan Tatlısəs sosial media hesabında sürpriz şəkildə evlənə biləcəyini bildirib.
"TƏK YAŞAMAYI SEVMİRƏM"
Hazırda əkiz uşaq gözləyən oğlu İdo Tatlısəslə 10-cu dəfə nəvə sahibi olmağa hazırlaşan 71 yaşlı İbrahim Tatlısəs X hesabında 6-cı dəfə evlənə biləcəyi siqnalını verib. Təklilkdən sıxılan sənətçi, "Hər an sürpriz evlilik edə bilərəm, çox da uzaqda deyil. Özünəməxsusluq yalnız Allaha məxsusdur, tək yaşamağı sevmirəm. Təbii ki, ətrafım sıxdır, bir az dinlənmək istəyirəm ifadələrini söyləyib".
Etiketlər
Oxşar xəbərlər

Tatlısəs oğlundan polisə şikayət etdi
Şou Xəbər

Günel İbrahim Tatlısəslə konsertə hazırlaşır
Xəbər Anı

Oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının S...
Şou Xəbər

İbrahim Kalın və HTS Lideri Şamda Birlikdə Göründü...
Son Xeberler

2 gün əvvəl ordudan tərxis olunan könüllü əsgər öl...
Son Xeberler

İbrahim Kalın İrana gedib
Bugun.az