Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tatlısəsin sərvətindən uşaqlarına 1 qəpik də çatmayacaq

03.11.2025 09:22 5 baxış sayı 2 dəq. oxuma Metbuat
Tatlısəsin sərvətindən uşaqlarına 1 qəpik də çatmayacaq

Şöhrəti Türkiyənin sərhədlərini aşan əfsanəvi müğənni İbrahim Tatlısəslə övladları arasındakı qalmaqal səngimək bilmir. Ustad müğənninin övladlarını miras hüququndan məhrum etdiyinə dair iddialar gündəmi zəbt edib. Bu iddianın əsasında sənətçinin oğlu Ahmet Tatlısəs çıxış edib.


Ahmet Tatlısəs bildirib ki, atası altı övladının gələcəyini düşünmür. Onun dediyinə görə, İbrahim Tatlısəs bütün var-dövlətini 2021-ci ildə ailə qurduğu Gülçin Karakaya adlı qadına bağışlayıb. Ahmet Tatlısəs bu vəziyyətlə bağlı narahatlığını dilə gətirib: "Onun var-dövlətindən 6 övladına heç nə çatmayacaq. Mən təkcə özümün deyil, həm də qardaş-bacılarımın haqqını tələb edirəm."


Bundan əlavə, Ahmet Tatlısəs atasını təhdid etdiyinə dair yayılan iddiaları rədd edib. O, bu deyilənlərin əsassız olduğunu bildirərək məsafə fərqini qeyd edib. "O, İzmirdə yaşayır, mən İstanbulda. İstanbulda ola-ola İzmirdəki adamı necə təhdid edə bilərəm?" Ahmetin fikrincə, atası bütün bunları onu gözdən salmaq məqsədi ilə uydurub.


N
Mədəni irs müxbiri

Muzey və tarix-mədəniyyət abidələri haqqında yazıram. Azərbaycanın zəngin mədəni irsini dünyaya tanıtmaq istəyirəm.

Bütün məqalələrə baxın
Paylaş: