
“İT Biznes analitik” vakansiyası

“İT Biznes analitik” vakansiyasına namizədlər axtarılır.
Vəzifə öhdəlikləri:
· Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
· Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi;
· Mövcud biznes proseslərin optimallaşdırılması;
· Biznes proseslər üzrə texniki sənədin hazırlanması;
· Sifarişçinin tələblərini, istəklərini və imkanlarını nəzərə alaraq, məlumat və proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri;
· İnformasiya sistemləri/proqram təminatının işləyib hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki təklif, texniki tapşırıq və digər analiz sənədlərin hazırlanması;
· Analiz zamanı yarana biləcək potensial risklərin müəyyən edilməsi;
· Proqram təminatında İT departamenti, sifarişçi və digər tərəfdaşlarla texniki məsələlərin müzakirəsi zamanı uyğunluğun təmin edilməsi.
Namizədə tələblər:
· Ali təhsil;
· Sahə üzrə minimum 1 il iş təcrübəsi;
· ServiceDesk və müvafiq diaqramların hazırlanması üzrə proqram təminatlarında iş təcrübəsi;
· Ödəmə sistemləri, BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri üzrə analitik qabiliyyətin olması;
· Web servis, API və arxitektura növü (Rest/Soap) üzrə biliklər;
· Sorğulama formatları (JSON / XML) barədə anlayış;
· Verilənlər bazasının sorğulanması üzrə biliklər;
· Ingilis və rus dilləri-B2
· Komanda ilə işləmə bacarığıı.
Əlavə məlumatlar:
· İş qrafiki: 5 günlük iş həftəsi
· İş vaxtı: 09:00 – 18:00
Son müraciət tarixi: 30.11.2024. Maraqlananlar CV-lərini “İT biznes analitik” başlığı altında [email protected] electron ünvanına göndərə bilərlər.
Etiketlər
Oxşar xəbərlər

Satış Meneceri vakansiyası
Edumap.az Təhsil Portalı

"Data mühəndisi" vakansiyası
Edumap.az Təhsil Portalı

Marketinq Departamentində Təcrübəçi vakansiyası
Edumap.az Təhsil Portalı

Rəqəmsal marketinq meneceri vakansiyası
Edumap.az Təhsil Portalı

Azərbaycan Halal Biznes və Turizm Forumu: İqtisadi...
Bugun.az

Korporativ layihələrin satışı və təhlili üzrə mütə...
Edumap.az Təhsil Portalı