
"Data mühəndisi" vakansiyası

"Data mühəndisi" vakansiyası
"Veysəloğlu" MMC Rəqəmsallaşdırma, transformasiya və layihələr direktorluğunda Biznesanalitika şöbəsinə "Data mühəndisi" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş yeri:
Bakı şəhəri
İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Analitik modelin hazırlanması, inkişafı və saxlanılması;
- Şirkətin Bİ analitik sistemlərinə qoşulması üçün istifadəçiləri daxilolma qaydalarına uyğun olaraq giriş hüquqları ilə təmin edilməsi;
- Data Mart/Data Warehouse və ümumi Bİ mühiti üçün praktiki məlumat bazasının modelləşdirilməsinin təmin edilməsi;
- ETL proseslərinin dizaynı, inkişafı və dəstəklənməsi;
- Hesabat xarakterli SQL sorğularının hazırlanmasını təmin edilməsi;
- Bİ alətlərinin tətbiqi, iş prosesinin qurulması və nəzarət edilməsi;
- BigData-nın formalaşdırılmasında, emalında və idarə edilməsində iştirak etmək.
Tələblər:
- Müvafiq sahələr üzrə ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi, Kompüter Elmləri, Məlumat Analitikası və s.);
- Data mühəndisliyi və ya məlumat analitikası sahəsində minimum 1 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi texniki səviyyədə;
- Power BI üzrə təcrübə (məlumatların vizuallaşdırılması və biznes analitikası);
- SQL Server\T-SQL üzrə biliklər(T-SQL skriptlərinin yazılması və optimallaşdırılması);
- DAX üzrə biliklər (data analitikası və hesabatlar üçün);
- Microsoft Fabric təcrübəsi (böyük həcmli məlumatların emalı);
- ETL və DWH üzrə biliklər və təcrübə (məlumat axınlarının idarə edilməsi və məlumat anbarı strukturlarının qurulması).
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Data mühəndisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Etiketlər
Oxşar xəbərlər

Nothing Şirkəti Türkiyədə istehsalata başlayacaq
Texnologiya xəbərləri

"Xidmət istiqamətinin çağrı mərkəzi üzrə mütəxəssi...
Edumap.az Təhsil Portalı

"Tədbir və layihələrin təşkili üzrə təcrübəçi" vak...
Edumap.az Təhsil Portalı

Reklam və PR departamentinin təcrübəçisi vakansiya...
Edumap.az Təhsil Portalı

Məhsul sahibi vakansiyası
Edumap.az Təhsil Portalı

Rus dili müəllimi vakansiyası
Edumap.az Təhsil Portalı