
Yanvarın 25-də bu ərazilərdə qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, az qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2-7° isti olacaq.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Hava kəskin dəyişir - Yağış yağacaq
Bugun.az

Bakıya bu tarixdə qar yağacaq? -RƏSMİ
Bugun.az

Bu tarixdə Bakıda qar yağacaq -
Son Xeberler

Sabah Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
Azəri Xəbər

Qonşuda hava kəskin dəyişir - Çovğun olacaq
Bugun.az

Hava bu tarixdə kəskin dəyişəcək
Bugun.az


