Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qonşuda hava kəskin dəyişir - Çovğun olacaq

27.11.2025 13:12 18 baxış sayı 2 dəq. oxuma Metbuat
Qonşuda hava kəskin dəyişir - Çovğun olacaq

Türkiyə yaxın günlərdə kəskin soyuq hava kütləsinin təsiri altına düşəcək. Ölkəni soyuq qış gözləyir; tezliklə temperatur aşağı düşəcək, güclü yağışlar və qar yağacaq. Türkiyənin Hidrometeorologiya Baş İdarəsi bu barədə xəbərdarlıq yayıb. Məlumata görə, noyabrın 30-dan başlayaraq hava şəraiti kəskin şəkildə dəyişəcək.


Noyabr ayının sonuncu günü Türkiyənin 80 vilayətinin hər birinə güclü yağışlar düşəcək. Yağışlı havanın ardından ölkəyə qarlı hava şəraiti daxil olacaq. Bu dövr dekabrın 20-dən başlayır. Proqnozlara əsasən, qar örtüyü xüsusilə şərq və şimal-şərq regionlarında güclü olacaq.


Ən çox qar Sivas, Gümüşhane, Ərzincan, Bingöl, Ərzurum, Muş, Bitlis, Hakkari, Van, Ağrı, Qars, Ardahan və Bayburt kimi şərqi vilayətlərə yağacaq. Bu bölgələrdə dağlıq və dağətəyi ərazilərdə yol şəraiti xeyli pisləşəcək. Soyuq hava kütləsi gəldikcə, bu yolların buz bağlayacağı gözlənilir. Nəqliyyatın hərəkətində ciddi problemlər yaranmaması üçün sürücülər diqqətli olmalıdırlar.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: