
Yanvarın 15-də bu ərazilərə qar yağacaq

Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-7° isti olacaq.
Oxşar xəbərlər

Bu tarixdə Bakıda qar yağacaq -
Son Xeberler

Leysan yağacaq, dolu düşəcək
Xəbər Anı

Yanvarın 25-də bu ərazilərdə qar yağacaq
Bugun.az

Sabah bəzi ərazilərə qar yağacaq
Bugun.az

Azərbaycanda rəsmi iş günü nə vaxtdır?
Son Xeberler

Azərbaycanda 5 gün tətil olacaq -
Son Xeberler