Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​“WhatsApp”dan fəal istifadə edənləri sevindirəcək xəbər - Mesajlar sıfırlanacaq

19.02.2025 16:25 123 baxış sayı 1 dəq. oxuma Metbuat
​“WhatsApp”dan fəal istifadə edənləri sevindirəcək xəbər - Mesajlar sıfırlanacaq

“WhatsApp” çoxlu sayda oxunmamış mesajı olan istifadəçiləri maraqlandıracaq yeni funksiya üzərində işləyir.

Metbuat.az xəbər verir ki, istifadəçilər “WhatsApp”dakı bütün mesajlardan xəbər tuta bilməyəndə və ya aktiv olmayanda qruplardan göndərilən mesajlardan xəbər tuta bilməyəndə tətbiqin simvolunda nə qədər mesaj olduğu barədə bildiriş müşahidə olunur. Yeniliyə əsasən istifadəçi “WhatsApp” simvolunun üzərindəki oxunmamış mesajların sayını onları oxumadan silə biləcək. Məlumata görə, yeni funksiya tətbiqin iOS istifadəçilərinin beta versiyasında müşahidə edilib.

İstifadəçilər funksiyanı aktivləşdirdikdə, hər dəfə “WhatsApp”ı açanda proqramın simvolunda müşahidə edilən oxunmamış mesajların sayı sıfırlanacaq.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: