
Onlar üçün “WhatsApp” qadağan edilir - İstifadə edə bilməyəcklər

Rusiyada yaşayan şəxslərin “WhatsApp”dan istifadəsinə qadağa qoyula bilər.
Metbuat.az xəbər verir ki, Rusiya “WhatsApp”ı ölkə bazarından çıxarmağı nəzərdən keçirir. Rusiya parlamentinin informasiya texnologiyaları komitəsi sədrinin müavini Anton Qorelkin belə açıqlama verib. O bildirib ki, “WhatsApp” məhdudiyyətlərə məruz qalan qeyri-dost ölkələrin proqram təminatı siyahısına daxil edilə bilər. Onun sözlərinə görə, Rusiyada “WhatsApp”ın boşluğunu milli mesencer proqramı doldura bilər.
Qeyd edək ki, Rusiya Meta şirkətini ekstremist təşkilatlar siyahısına daxil edib. 2022-ci ildə "Facebook" və "Instagram"dan istifadə Rusiyada qadağan edilib.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınOxşar xəbərlər

WhatsApp Telefon Nömrəsi Olmadan İstifadə Edilə bi...
Bugun.az

“WhatsApp” böyük problemi həll etdi.
melumat.tv

WhatsApp Ümumi Məqsədli Çatbotları Platformasından...
Texnologiya xəbərləri

WhatsApp-da yeni qayda tətbiq edilir
Azəri Xəbər

"WhatsApp"dan gözlənilən
Son Xeberler

WhatsApp 3 milyard aylıq aktiv istifadəçi həddini...
Texnologiya xəbərləri