“WhatsApp"da mesajlarla bağlı yenilik - Azərbaycan dili olmayacaq
“WhatsApp"ın səsli mesajları pulsuz olaraq mətnə çevirmə funksiyası ilə bağlı bəzi detallar məlum olub.
Metbuat.az xəbər verir ki, hələlik yeni funksiyanın istifadəyə verilməsi üzərində işlər davam edir. Bildirilir ki, funksiya android istifadəçiləri üçün hələlik ingilis, portuqal, ispan, rus və hind dillərini dəstəkləyəcək. iOS istifadəçiləri isə daha geniş seçimə sahib olacaq. Ardınca dil siyahının artırılacağı deyilir. Məlumata görə, yeni funksiya sayəsində istifadəçilər səsli mesajları dinləyə bilmədikləri mühitlərdə səsli mesajın altındakı mətn versiyasını oxuya biləcəklər.
“WhatsApp”ın açıqlamasına görə, səsli mesajların transkriptləri birbaşa istifadəçinin cihazında yaradılacaq. Bununla da, şəxsi mesajları başqa heç kim, hətta “WhatsApp” belə eşidə və oxuya bilməyəcək. Bu funksiya əlçatan olduqdan sonra istifadəçilər onu “WhatsApp” ayarlarında "Söhbətlər" və sonra "Səsli mesajların transkriptləri" üzərinə klikləməklə aktivləşdirə bilərlər.
Oxşar xəbərlər
“Instagram”da mesajlarla bağlı yenilik - Mətnlər...
Bugun.az
“WhatsApp”a kontaktlarla bağlı yenilik gəlir
Bugun.az
“WhatsApp”dan daha bir funksiya
Son Xeberler
"WhatsApp”dan yenilik
Xəbər Anı
“WhatsApp”da videolarla bağlı yenilik - 3 seçim tə...
Bugun.az
WhatsApp Telefon Nömrəsi Olmadan İstifadə Edilə bi...
Bugun.az