“Instagram”da mesajlarla bağlı yenilik - Mətnlər avtomatik gedəcək
“Instagram” mesajlarla bağlı yenilik edib.
Metbuat.az xəbər verir ki, istifadəçilər artıq mesajların göndərilməsi vaxtını planlaya bilərlər. Bildirilir ki, yenilik xüsusilə hadisə və ya mühüm tarixi günlər üçün önəmlidir. İstifadəçi mühüm günləri unutmamaq üçün göndərəcəyi mesajı əvvəlcədən planlaya bilər. Bundan əvvəl sınaqdan keçirilən yenilik uğurlu alınıb və bu funksiya artıq “Instagram” platformasında istifadəyə verilib. Məlumata görə, istifadəçilər öz mesajlarını göndərəcəyi tarix və saatı planlaya bilər. Hazırda bu funksiya yalnız mətn və emoji göndərməyə imkan verir. Yeni funksiya foto, video və ya GIF kimi media məzmununu dəstəkləmir.
Mesajı planlaşdırmaq üçün əvvəlcə “Instagram” tətbiqinin yuxarı sağ küncündəki oxu və ya söhbət düyməsinə toxunaraq DM-lərə daxil olmaq lazımdır. Sonra mesaj göndəriləcək şəxsi seçmək və yeni söhbətə başlamaq lazımdır. Ardınca mesajı yazdıqdan sonra göndərmə düyməsini basıb saxlayaraq planlaşdırma funksiyasını aktivləşdirmək olar.
Oxşar xəbərlər
“Whatsapp”ın ən çox istifadə edilən funksiyası “I...
Bugun.az
“WhatsApp”a kontaktlarla bağlı yenilik gəlir
Bugun.az
“WhatsApp"da mesajlarla bağlı yenilik - Azərbayca...
Bugun.az
Azərbaycanlı aktrisa ana oldu -
Şou Xəbər
Mehriban Əliyevadan Bilik Günü ilə bağlı paylaşım...
Son Xeberler
Məktəblərin fevralın 1-də açılmasına hazırlıq işlə...
Son Xeberler