🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Vərəsəlik şəhadətnaməsi üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

07.07.2025 12:25 5 baxış sayı 3 dəq. oxuma
Vərəsəlik şəhadətnaməsi üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Prezident İlham Əliyev Milli Məclisin mayın 23-də qəbul etdiyi Torpaq, Mülki Prosessual, Mülki Məcəllələrində, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Metbuat.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş şəxslərin də hüquqları təmin ediləcək.

Sənədə əsasən, həmçinin miras şərikləri arasında miras paylara sərəncam verilməsini nəzərdə tutan yeni qaydalar müəyyən edilir.

Belə ki, sənədə görə notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərir.

Dəyişikliyə əsasən, daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən Mülki Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil edilir.

Hər bir miras şəriki Məcəllənin 1325.2-ci maddəsində müəyyən edilmiş payına da vərəsəlik şəhadətnaməsi ala bilər.

Qanun layihəsində o da qeyd edilib ki, Mülki Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş miras şəriklərinin miras paylarına sərəncam vermək hüquqları var. Həmin şəxslər vərəsəlik şahadətnaməsi alanadək notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən miras paylarına sərəncam verə bilərlər.

Miras şərikləri arasında miras paylara sərəncam verilməsi haqqında müqavilə əsasında miras payı əldə etmiş vərəsənin mirasdakı payı əldə etdiyi pay nisbətinə uyğun artırılır və vərəsəlik şəhadətnaməsində yekun payı göstərilir.

Paylaş: