
Bu ilin 9 ayında 176 mindən çox əcnəbi Azərbaycanda qeydiyyata düşmək üçün müraciət edib

Bu ilin 9 ayında 176 min 873 əcnəbi Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət etdi.
Məlumatı Dövlət Miqrasiya Xidməti (DMX) yayımlayıb.
DMX bu dövrdə bir sıra başqa müraciətlərin də qeydə alındığını bildirib. Azərbaycan ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə əlaqədar 58 min 930 əcnəbi müraciət edib.
Vətəndaşlıq məsələləri üzrə 947, Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı isə 11 min 54 müraciət qeydə alınıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciət edənlərin sayı 7068 nəfər təşkil edir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azərbaycanda qeydiyyata düşmək üçün müraciət edən...
Bugun.az

Bu ilin 9 ayında neçə əcnəbi yaşama icazəsi almaq...
Azəri Xəbər

Türkiyədə qurulan Azərbaycan şirkətlərinin sayı az...
Bugun.az

Elektrikli Avtomobil Satışı Avropada Geriləməyə Da...
Texnologiya xəbərləri

Ölkəyə gələn turistlərin sayında artım var
Bugun.az

Polisə getmədən qeydiyyata düşmək mümkündür - DİN
Bugun.az