
Ukraynada həlak olan pilotun adına təqaüd təsis ediləcək

Ukraynada Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun adına təqaüd təsis ediləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev
“Təyyarənin sərnişinlərinin həyatını xilas edən pilotlar arasında Aleksandr Kalyaninov da var. Aleksandr Kropivnitskidəki Ukrayna Dövlət Təyyarəçilik Akademiyasında magistratura pilləsini bitirib. Ukrayna Dövlət Təyyarəçilik Akademiyasının rəhbərliyi Ukraynanın xalq deputatı Roman Qrışçukun, eləcə də Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun dəstəyi ilə universitetin auditoriyalarından birinin Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun adının verilməsinə qərar verib”, – o qeyd edib.
Diplomatın sözlərinə görə, pilotun adına azərbaycanlılar üçün təqaüd təsis ediləcək:
“Azərbaycanlılarının Birləşmiş Diasporu Ukrayna Dövlət Təyyarəçi Akademiyası və Azərbaycan Respublikasındakı Ukrayna səfirliyi ilə birlikdə Kropivnitskidəki Təyyarəçi Akademiyasında təhsil alacaq gələcək azərbaycanlı pilotlar üçün Aleksandr Kalyaninov adına ayrıca təqaüd təsis etmək imkanını da nəzərdən keçirir”.
“Qəhrəman pilotların xatirəsi əbədidir. Qoy ədalət naminə, onların xatirəsi və gələcəyi naminə bu fəlakətin təqsirkarlarının hamısı ən ağır cəzanı alsın”, – o vurğulayıb.
Xatırladaq ki, dekabrın 29-da AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi.
Oxşar xəbərlər

Azərbaycanda yeni medal təsis edilir
Son Xeberler

Azərbaycanda yeni medal təsis edilir
Son Xeberler

Karantin rejimi daha 1 ay uzadıldı
Son Xeberler

Müavinət və təqaüd alanların nəzərinə!
Xəbər Anı

Ukraynada koronavirusdan ölənlərin sayı 900-ü ötdü
Son Xeberler

Almaniyanın Rheinmetall konserni Ukraynada ilk zav...
KIBRIT MEDIA