
Tokayevdən yeni yayılan virusla bağlı açıqlama

“İndi hamı yeni infeksiyadan danışır. Ajiotaj yaratmağa ehtiyac yoxdur. Əksinə, Çinlə əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır”.
Metbuat.az xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Avrasiya Milli Universitetinin Tələbə evini ziyarət edərkən səsləndirib.
Prezident cəmiyyətdə narahatlıq yaradan metapnevmovirusa münasibət bildirərək epidemiyaya qarşı tədbirlərin gücləndirilməsinə baxmayaraq, vəziyyətin panikaya səbəb olacaq səviyyədə olmadığını vurğulayıb.
Qeyd edək ki, Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 1-dən bəri ölkədə laborator qaydada təsdiqlənmiş 30 metapnevmovirusa yoluxma halı aşkarlanıb. Nazirlik metapnevmovirusun əsasən hava-damcı yolu ilə yayılmasına baxmayaraq, məişət-təmas yolu ilə yoluxmanın da mümkün olduğunu qeyd edib.
Xəstəliyin əsas əlamətləri öskürək, burun axması, təngnəfəslik, qızdırma və baş ağrısıdır. Virusun xüsusi müalicə üsulu hələ müəyyən edilməyib, buna görə əsasən simptomatik müalicə tətbiq olunur.
Oxşar xəbərlər

NATO Baş Katibi Təcili Açıqlama Verəcək
KIBRIT MEDIA

Mutasiya olunmuş virusla bağlı qorxunc açıqlama:
Son Xeberler

ABŞ'dan Rusiya'ya Hədə!
KIBRIT MEDIA

Nəsrullahın Ölümü ilə Bağlı Yeni Açıqlama
Son Xeberler

AFFA rəsmisindən Santuşla bağlı açıqlama
Bugun.az

OpenAI CEO-su Sam Altman DeepSeek haqqında danışdı
Texnologiya xəbərləri