🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
11 abunə

Tiktokdan sonra hədəf “DeepSeek" oldu - Qadağa qoyuldu

06.02.2025 14:25 129 baxış sayı 1 dəq. oxuma
Tiktokdan sonra hədəf “DeepSeek" oldu - Qadağa qoyuldu

Hollandiya Çinin “DeepSeek” şirkətinin süni intellekt tətbiqinin hökumətə məxsus cihazlarda istifadəsini qadağan edib.

Metbuat.az xəbər verir ki, bu barədə Hollandiya İctimai Yayım Korporasiyası məlumat verib. Açıqlamaya görə, rəqəmsallaşma və krallıq əlaqələri üzrə dövlət naziri Zsolt Szabo hökumətə məxsus cihazlarda “DeepSeek”dən istifadənin qadağan edildiyini bildirib. Süni intellekt proqramı “DeepSeek”in casusluğa meyilli proqram olduğu irəli sürülüb. “DeepSeek”dən istifadəyə qoyulan qadağanın mərkəzi hökumətə məxsus cihazlara aid edildiyi və yerli hökumətlərin də öz işçilərinə oxşar məhdudiyyət tətbiq edə biləcəyi açıqlanıb.

Qeyd edək ki, Hollandiya Şəxsi Məlumatların Mühafizəsi Təşkilatı “DeepSeek”dən diqqətli və ehtiyatlı istifadə etməyə çağırmışdı. Bundan əvvəl Avropa ölkələri tiktoka oxşar səbəblərə görə qadağa qoymuşdu.

Paylaş: