Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Avropa ölkəsi “DeepSeek”ə girişi blokladı

31.01.2025 18:25 123 baxış sayı 1 dəq. oxuma Metbuat
Avropa ölkəsi “DeepSeek”ə girişi blokladı

İtaliyada Fərdi Məlumatların Mühafizəsi Təşkilatı Çinin süni intellekt proqramı “DeepSeek”ə girişi bloklayıb.

Metbuat.az xəbər verir ki, bu barədə təşkilat açıqlama verib. Bildirilib ki, təşkilat İtalyan istifadəçilərinin məlumatlarını emal etməsinin qarşısını almaq üçün "Hangzhou DeepSeek Artificial Intelligence" və "Beijing DeepSeek Artificial Intelligence" şirkətlərinə aid “DeepSeek” chatbot xidmətinə girişə qadağa qoyub. Açıqlamada deyilir ki, qərar, italyan istifadəçilərinin məlumatlarının qorunması üçün qəbul edilib. Qərar şirkətlərdən alınan məlumatların qeyri-adekvat olduğu aşkar edildikdən sonra tətbiq edilib.

Qeyd edilib ki, girişin qarşısını almaqla yanaşı, “DeepSeek” ilə bağlı araşdırma da başlayıb. Bildirilir ki, “DeepSeek” proqramını İtaliyadakı rəqəmsal mağazalardan yükləmək əlçatan deyil.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: