
Tətildən sonra ilk dərs günü nə vaxtdır?

Xəbər verdiyimiz kimi, Azərbaycanda Novruz bayramı ilə əlaqədar iş və istirahət günlərinin yeri dəyişdirilib.
Metbuat.az xəbər verir ki, bununla da Azərbaycanda Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün olacaq. Yəni mart ayının 20,21,22,23,24,25, 26, 27, 28, 29, 30 (bazar günü), 31-i qeyri-iş günləri olacaq.
Qeyd edək ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günüdür. Həmin gün şənbəyə düşdüyünə görə qeyri-iş günü avtomatik martın 10-a sürüşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilir.
Beləliklə, mart ayındakı bütün bayramları nəzərə alsaq, beşgünlük məktəblərdə 12 gün, altıgünlük məktəblərdə isə ümumlikdə 13 gün dərs olmayacaq.Tətildən sonra ilk dərs günü aprelin 1-nə təsadüf edəcək.
Oxşar xəbərlər

"Dərs vaxtı"nın sabah üçün cədvəli
SON Xəbər

Payız tətilindən sonra ilk dərs gününün
Xəbər Anı

Matəm günü dərs olacaq? - RƏSMİ
Bugun.az

Müəllimlər Günü: Təbriklər və Təşəkkürlər!
Son Xeberler

Bu günlərdə iş və dərs olmayacaq - Tarixlər
melumat.tv

Noyabrda 18 gün dərs olmayacaq
Xəbər Anı