🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
9 abunə

Məktəblərdə 5 gün tətil olacaq

29.04.2025 16:25 21 baxış sayı 1 dəq. oxuma
Məktəblərdə 5 gün tətil olacaq

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətilinə start verilir.

Bu barədə Metbuat.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” barədə müvafiq Qərarına əsasən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.

️Qeyd edək ki, tətildən sonra ilk dərs günü 6 may tarixinə təsadüf edəcək.

Paylaş: