Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tanınmış həkimin komaya düşmə səbəbi bilindi

02.09.2025 19:25 17 baxış sayı 1 dəq. oxuma Metbuat
Tanınmış həkimin komaya düşmə səbəbi bilindi

Xəbər verdiyimiz kimi, tanınmış oftalmoloq, “Universal” hospitalın rəhbəri və baş həkimi Aytən Sultanovanın səhhəti kəskin pisləşib.

Metbuat.az Bakupost.az-a istinadən xəbər verir ki, həkim əvvəlcə rəhbərlik etdiyi “Universal” hospitalın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu açıqlanmışdı. Sonradan isə A.Sultanova Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Məlumatlara görə, Aytən Sultanova bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirib. Əməliyyatdan sonra o, güclü ağrıkəsicilər qəbul edib, eyni zamanda arıqlama preparatlarından istifadə edib. Həkimin səhhətindəki kritik pisləşmənin də məhz bu amillərlə bağlı olduğu bildirilir.

Hazırda onun komada olduğu və vəziyyətinin kritik qiymətləndirildiyi vurğulanır.

Qeyd edək ki, Aytən Sultanova daha əvvəl “Caspian”, “Badam” və “Məlhəm” klinikalarında da rəhbər vəzifələrdə çalışıb.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: