Rusiyalı həkimdən yeni pandemiya xəbərdarlığı

13.02.2021 17:25 471 baxış sayı 2 dəq. oxuma
Rusiyalı həkimdən yeni pandemiya xəbərdarlığı

Rusiyanın tanınmış həkimi Aleksandr Myasnikov növbəti pandemiyadan çıxış yolunu göstərib.

Myasnikov bəşəriyyəti COVID-19 virusundan təhlükəli pandemiya gözlədiyini bildirib.

O, koronavirusu daha qorxulu və təhlükəli pandemiya ərəfəsində məşqə bənzədib. Həkimin sözlərinə görə, yeni infeksiya iki yolla yayıla bilər: əvvəlcə quş və donuz qriplərinin heyvandan insana, sonra insandan insana keçəcəyi ehtimal olunur.

A.Myasnikov bu bəladan çıxış yolunu qripə qarşı universal peyvənd yaradılmasında görür. Həkimin fikrincə, yeni pandemiyanın bir il, yaxud 10 il sonra başlayacağını dəqiq demək mümkün deyil. O, bütün qüvvələri qripə qarşı universal peyvənd hazırlanmasına yönəltməyə çağırıb.

Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın
Paylaş: