
Bugun.az
11 abunə
Tanınmış aktrisa xəstəxanaya yerləşdirildi -Skuterlə toqquşub
07.06.2025 14:25
37 baxış sayı
1 dəq. oxuma
Metbuat

Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova yol keçərkən skuterlə toqquşub və nəticədə ciddi xəsarət alıb.
Metbuat.az xəbər verir ki, teatrın mətbuat katibi Samirə Əşrəf Teleqraf-a bildirib ki, iki gün əvvəl baş vermiş qəza nəticəsində beyin silkələnməsi olub.
"Vəziyyəti kafidir. Başı yerə dəydiyi üçün baş ağrıları və ürək bulanması var. Danışa bilir, huşu yerindədir, ancaq ağrıları davam edir. Hələki müalicəsi xəstəxana şəraitində aparılır. Bir müddət xəstəxanada qaldıqdan sonra müalicəsi evdə davam etdiriləcək".
Samirə Əşrəf qeyd edib ki, teatr rəhbərliyi hadisədən dərhal sonra aktrisanın ailəsi ilə əlaqə saxlayıb və vəziyyətini daim izləyir.
Oxşar xəbərlər

SON DƏQİQƏ: Kübra Əliyeva xəstəxanaya yerləşdirild...
Son Xeberler
910
18/02 17:10

"Toppuş bacı" yenidən xəstəxanaya yerləşdirildi
Şou Xəbər
683
10/06 12:10

Əməkdar Artistin Qızı Xəstəxanaya Yerləşdirildi
Bugun.az
228
30/10 09:25

Tanınmış aktrisa övladını itirdi -
Son Xeberler
899
11/09 19:10

Okan Buruk təcili şəkildə xəstəxanaya yerləşdirild...
Xəbər Anı
252
25/10 13:30

Ukraynanın birinci xanımı xəstəxanaya yerləşdirild...
Son Xeberler
600
16/06 07:53