"Toppuş bacı" yenidən xəstəxanaya yerləşdirildi

10.06.2020 12:10 685 baxış sayı 1 dəq. oxuma
"Toppuş bacı" yenidən xəstəxanaya yerləşdirildi

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

Bu haqda aktrisa özü məlumat verib. O bildirib ki, xəstəlik yenidən şiddətlənib:


"Yenə əvvələ qayıtdıq. Yenə bu sevimli, məndən əl çəkməyən 419-cu palata".


Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Hazırda isə şiş sənətçinin böyrək damarlarına yayılıb.

N
Mədəni irs müxbiri

Muzey və tarix-mədəniyyət abidələri haqqında yazıram. Azərbaycanın zəngin mədəni irsini dünyaya tanıtmaq istəyirəm.

Bütün məqalələrə baxın
Paylaş: