
Taksidə kondisionerdən istifadə ödənişlidir?

Bəzən sürücülər taksidə kondisioneri açmaqdan imtina edir. Səbəb kimi “yanacaq çox gedir”, “kondisioner xarabdır” və ya “müştəri istəsə də, açmaq məcburi deyil” kimi ifadələr səsləndirirlər. Maraqlıdır, kondisionerdən istifadə əlavə ödənişlə olmalıdır?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki\, sürücü sərnişini təhlükəsiz və komfortlu şəkildə mənzil başına çatdırılmasını təmin etməlidir:
“Qış aylarında nəqliyyat vasitəsində istilik sistemi, yayda isə soyutma sistemi işlək vəziyyətdə olmalıdır. Komfortlu daşınmaya görə sərnişindən əlavə ödəniş tələb oluna bilməz. Mobil nəqliyyat haqqında qanunda, sərnişin daşımaya dair tələblərdə bu məsələlər qeyd olunub”, - deyə ekspert qeyd edib.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər

Bakıda taksidə doğulan uşağın görüntüləri -
Son Xeberler

Kondisioneri işlədəndə bu VACİB QAYDALARA əməl edi...
Son Xeberler

Taksidə iki nəfərdən çox sərnişin olmamalıdır
Son Xeberler

Gürcüstanda tibbi maska taxmamağa görə cərimələr t...
Son Xeberler

SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın -
Son Xeberler

Nəbatat Bağına giriş ödənişlidir - QİYMƏT
Bugun.az