
Son Xeberler
9 abunə
Gürcüstanda tibbi maska taxmamağa görə cərimələr təsdiqləndi
12.06.2020 09:27
515 baxış sayı
2 dəq. oxuma

Gürcüstan parlamenti üçüncü oxunuşda tibbi maska taxmamağa görə cərimələrin nəzərdə tutulduğu qanun layihəsini qəbul edib.
73 deputat sənədin lehinə səs verib.
Qanun təsdiqlənməsi üçün ölkə prezidenti Salome Zurabişviliyə təqdim olunacaq.
Qərara əsasən, qapalı ictimai yerlərdə tibbi maska istifadə etməyən fiziki şəxslər 20 lari cərimə olunacaq. İnsanların tibbi maskasız bu məkanlara daxil olmasına nəzarət etməyən hüquqi şəxslərə qarşı isə 500 lari məbləğində cərimə tətbiq ediləcək.
İctimai nəqliyyat, metro və taksidə qoruyucu tibbi ləvazimatdan istifadə qaydalarını pozanlara 20 lari cərimə yazılacaq.
Sağlamlıq vəziyyətinə görə tibbi maska taxa bilməyənlər müvafiq arayış alacaqlar və onlar cərimələnməyəcəklər.
Oxşar xəbərlər

ÜST TƏBİB-ə 1 milyon ədəd tibbi maska təhvil verib
Son Xeberler
506
18/12 06:19

Gürcüstanda toy və yaslara qoyulan məhdudiyyət uza...
Son Xeberler
542
12/06 09:38

Gürcüstanda son sutkada koronavirusa yeni yoluxma...
Son Xeberler
525
16/06 07:33

Maska taxmaq koronavirusdan qoruyur? -
Son Xeberler
547
24/06 12:10

Meksika Prezidenti yalnız bu şərt daxilində maska...
Son Xeberler
492
01/08 10:48

Gürcüstanda 97 tibb işçisi COVID-19-a yoluxub
Son Xeberler
497
10/06 16:26