🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Taksi sürücülərinin "çayvoy" tələbi - Qanun nə deyir?

06.10.2025 19:25 1 baxış sayı 2 dəq. oxuma
Taksi sürücülərinin "çayvoy" tələbi - Qanun nə deyir?

Son zamanlar taksi sürücülərinin sərnişinlərdən tətbiqdə göstərilən məbləğdən artıq pul istəməsi, yəni “çayvoy” tələbi sosial şəbəkələrdə geniş müzakirə olunur. Sosial mediada dəfələrlə belə halların görüntüləri paylaşılıb, məsələn, müştəri 4 manat 20 qəpiklik gedişin pulunu tam ödəsə də, sürücü “qəpiyə-qəpik” verdiyi üçün onu qınayır. Bu cür davranış haqlı narazılıq yaradır. Çünki sərnişin tətbiqdə göstərilən məbləği ödəməklə öhdəliyini yerinə yetirib və əlavə pul verməyə borclu deyil.

Hüquqşünas Mehman Muradlı da Metbuat.az-a açıqlamasında sürücülərin sərnişinlərdən əlavə ödəniş tələb etməsinin qanuna zidd olduğunu bildirib:

“Bu, tərəflər arasındakı münasibətdir və mübahisə mövzusuna çevrilməməlidir. Taksi sürücülərinin əlavə məbləğ təklif və ya tələb etməyə hüquqları yoxdur. Belə hallar Mülki Məcəllə və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: