Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Taksi ödənişlərinizi Bir Bonus-la edin, pulunuz cibinizdə qalsın

19.11.2025 08:03 9 baxış sayı 3 dəq. oxuma Metbuat
Taksi ödənişlərinizi Bir Bonus-la edin, pulunuz cibinizdə qalsın

Bir ekosistemi tərəfindən idarə olunan loyallıq proqramı "Bir Bonus" istifadəçilərinə şad xəbər var. Birbonus proqramı artıq Yango taksi xidməti ilə əməkdaşlığa başlayıb. Bu tərəfdaşlıq, ekosistem müştərilərinə yeni imkanlar qazandırır və onlar indi taksi gedişlərinin ödənişini bonuslarla həyata keçirə bilərlər. Bu əməkdaşlıq müştərilərin gündəlik həyatını daha rahat edir, eyni zamanda bonuslardan istifadə sferasını xeyli genişləndirir.


İstifadəçilər səfərin dəyərinin 90%-ə qədər hissəsini bonuslarla ödəyə bilərlər. Hər bir bonus 1 manata bərabərdir və cari bonus balansı birbaşa Yango tətbiqində görünür. Bu imkandan faydalanmaq üçün Yango tətbiqində Bir ID ilə qeydiyyatdan keçmək və bonus kabinetini aktivləşdirmək yetərlidir. Yango ödənişləri ilə yanaşı, istifadəçilər bonuslarını Birbank və m10 tətbiqdaxili və QR ödənişlərində, Birmarket və Trendyol sifarişləri zamanı, ictimai nəqliyyatda BakıKart ödənişlərində, həmçinin mobil nömrə balansının artırılması və kommunal ödənişlərdə də rahatlıqla istifadə edə bilirlər.


Bir ekosisteminin vahid loyallıq proqramı olan Bir Bonus, Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda bonus qazanmaq və xərcləmək imkanı verir. Bir ekosistemin müştəriləri proqrama avtomatik qoşulurlar və bütün imkanlardan yararlanmaq şansı əldə edirlər. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla xərcləmək mümkündür. Bu yenilik, istifadəçilərin həm vaxtına, həm də büdcəsinə əlavə dəyər qatır.


Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn markalarını bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem BakıKart və Trendyol Azərbaycan kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək təsir dairəsini genişləndirir və müştəri təcrübəsini zənginləşdirir. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti - Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurulub. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birbank vasitəsilə kreditli alış-verişdən və bir çox digər həllərdən faydalanaraq sürətli, rahat və sərfəli xidmət alırlar.


E
Maliyyə siyasəti şərhçisi

Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: