
Sürücü polisə tabe olmadı, həbs edildi -VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu taqımının əməkdaşları Şəmkir rayon sakini Rəfayel Əliyevə idarə etdiyi “VAZ” markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün “Saxla” işarəsi versə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlərlə saxlanılan R.Əliyev araşdırma zamanı da məsuliyyətdən yaxa qurtarmaq məqsədilə süni gərginlik yaratmağa calışıb, YPX əməkdaşlarına tabesizlik göstərib. Aidiyyəti üzrə təhvil verilən R.Əliyev məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.
"Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu bir daha qeyd edir, qanunvericiliyin tələblərini pozan, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edən şəxslərə qarşı kəsərli tədbirlərin görüləcəyini bildirir",- deyə qurumdan əlavə edilib.
Oxşar xəbərlər

Qubada narkotik vasitə qəbul edən sürücü postda hə...
SON Xəbər

Məleykə Abbaszadənin adından istifadə edən sürücü...
Xəbər Anı

XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi...
Son Xeberler

Umico-da sürücü namizədlər üçün "Açıq Qapı" günü k...
Edumap.az Təhsil Portalı

Tavuş istiqamətində sərhədi keçən azərbaycanlı həb...
Son Xeberler

Bakıda yol polisini söyən sürücü həbs edildi -
Son Xeberler