🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Suriyada atəşkəs əldə edildi

21.07.2025 19:25 1 baxış sayı 2 dəq. oxuma
Suriyada atəşkəs əldə edildi

Suriya dövləti ölkənin yaşadığı həssas şərtləri əsas gətirərək, mülki əhalinin müdafiəsi, ərazi bütövlüyünün təmin edilməsi və ictimai təhlükəsizliyin təmin edilməsi üçün hərtərəfli atəşkəs elan edildiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Prezident adminstrasiyası təhlükəsizlik qüvvələrinin yenidən ərazilərə yerləşdirilməyə başladığını açıqlayıb. Açıqlamada deyilir ki, dövlət Suriya xalqının təhlükəsizliyi üçün hərtərəfli atəşkəs qərarı alıb. Bəyanatda bütün tərəflərə təhlükəsizlik qüvvələrinin atəşkəs rejimini məsuliyyətlə həyata keçirməsi və sabitliyin təmin edilməsi üçün lazımi şəraiti yaratmağa çağırıb.

Bəyanatda ölkə ərazisində bütün silahlı qarşıdurmaların dayandırılması, mülki şəxslərin müdafiəsinə zəmanət verilməsi və humanitar yardımın maneəsiz çatdırılmasının təmin edilməsi tələb olunur.

Paylaş: