
Səfərbərlik Xidmətində korrupsiya ilə bağlı statistik məlumatlar açıqlanıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2025-ci ilin III rübündə 75 nəfər barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin korrupsiya ilə mübarizəyə dair 2025-ci ilin III rübünü əks etdirən statistik məlumatlarında bildirilib.
Bildirilib ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə aparılmış xidməti araşdırmalar nəticəsində 2023-cü ildə 78, ötən ildə 249, 2025-ci ilin müvafiq dövründə 143 əməkdaş (onlardan 54-ü rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.
Qeyd olunub ki, cari ildə 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə 51 fakt üzrə 95, cari ildə isə 35 fakt üzrə 75 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.
Oxşar xəbərlər

Vətəndaşlara “səfərbərlik SMS-i” göndərilib -
Son Xeberler

Səfərbərlik Xidməti təcili
AzMedia

Səfərbərlik Xidmətində qeydə alınanların sayı
Son Xeberler

Azərbaycanda qismən səfərbərlik elan edilib
Son Xeberler

Səhiyyə naziri korrupsiya faktlarına görə həbs olu...
Analoq.az

Polkovnik Seymur Qurbanov Həbs Edildi
Son Xeberler