🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Sadıqov "Qarabağ" üzərindəki qələbədən danışdı

02.02.2025 19:25 6 baxış sayı 2 dəq. oxuma
Sadıqov "Qarabağ" üzərindəki qələbədən danışdı

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində doğma meydanda “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra açıqlama verib.

Metbuat.az xəbər verir ki, baş məşqçi 3:2 hesabı ilə qələbə qazandıqları matçla bağlı bu sözləri deyib:

“Olduqca dramatik oyun alındı. İlk dəqiqələrdə yaxşı çıxış edirdik. Təəssüflər olsun ki, 2 qol buraxdıq. İkinci hissədə futbolçularımız performanslarını daha da artırıb təslim olmadan mübarizə aparırdılar. 3 qol vurduq və çox vacib qələbə qazandıq. Üç gün sonra bizi “Araz-Naxçıvan”la kubok oyunu gözləyir. Qələbəni qeyd etməyə çox da vaxtımız yoxdur. Kubok matçına köklənməliyik.

“Qarabağ” çox sıx qrafikdə oynayır. Gözləyirdik ki, ikinci hissədə onlarda temp aşağı düşər. Düzdür, bunu çox da hiss etmədik. Çox fəal idilər. Hər şey bizim üçün uğurlu alındı. İnamlı və əzmkar oyuna görə futbolçularıma təşəkkür edirəm”.

Paylaş: