🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Benfika"dan sonra növbə "Kopenhagen"dədir? - ŞƏRH

01.10.2025 11:25 1 baxış sayı 2 dəq. oxuma
"Benfika"dan sonra növbə "Kopenhagen"dədir? - ŞƏRH

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda”Qarabağ” Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq. Maraqlıdır, bu gün komandamız necə bir rəqiblə üz-üzə gələcək? "Benfika" üzərindəki qələbədən sonra "Kopenhagen"i də məğlub etmək mümkündür?

Futbol eksperti Emin Abbasov Metbuat.az-a açıqlamasında bildirib ki, "Benfika"dan sonra "Qarabağ"ın istənilən rəqibi məğlub edə biləcəyinə dair təsəvvür formalaşıb. Amma hər oyunun öz hekayəsi var, hər görüşün fərqli gedişatı ola bilər:

“"Kopenhagen" çox intizamlı oynayan, böyük avrokubok təcrübəsi olan möhkəm kollektivdir. Bu rəqiblə Bakıda oynamağımız daha yaxşı oldu. Oraların iqlimini də nəzərə alsaq, səfərdə daha çətin olacağını düşünürəm. Hamımız qələbə gözləyirik. Amma məsələyə real baxsaq, 1 xal da yaxşı nəticə kimi qəbul olunmalıdır. Qələbəylə başlamışıq deyə, rahat görünür. Amma ÇL-in əsas mərhələsində hər xal bizim üçün qızıla bərabərdir”.

E.Abbasov qeyd edib ki, Yankoviçin zədə səbəbindən yoxluğu böyük itkidir:

“Amma yenə də bizim ən böyük ümid yerimiz Qurban Qurbanov, onun məşqçi kimi nəhəng avrokubok təcrübəsidir”.

Qeyd edək ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: