🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
11 abunə

Sadəlövh ola bilmərik - Ruttedən Rusiyanın hücumuna reaksiya

28.08.2025 18:25 12 baxış sayı 1 dəq. oxuma
Sadəlövh ola bilmərik - Ruttedən Rusiyanın hücumuna reaksiya

NATO-nun baş katibi Mark Rutte Rusiyanın Kiyevdəki Avropa İttifaqı Nümayəndəliyi binasına da ziyan vuran hücumları ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o sadəlövh olmamağa və özünümüdafiə üçün Ukraynaya bütün dəstəyi verməyə çağırıb. Rutte, "Kiyevə qarşı törədilən və çoxsaylı günahsız mülki şəxsin ölümü ilə nəticələnən dəhşətli hücumlar Rusiyaya qarşı sadəlövh ola bilməyəcəmizi bir daha nümayiş etdirir” - deyə bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusunun paytaxt Kiyevə endirdiyi hava zərbəsi nəticəsində üçü uşaq olmaqla 14 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib.

Paylaş: