İranın Hücumuna Cavab Şiddətli Olacaq - Ağ Ev

02.10.2024 00:25 215 baxış sayı 1 dəq. oxuma Metbuat
İranın Hücumuna Cavab Şiddətli Olacaq - Ağ Ev

ABŞ, İsrailə yönələn raket hücumunun İran üçün ağır nəticələri olacağını bəyan edib.


ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, Ağ Evdə İranın İsrailə hücumuna dair xüsusi brifinqdə çıxış edərək, cavabın sanksiyalardan ibarət olmaya biləcəyini vurğulayıb.


Sallivan, cavabın hansı formada olacağı barədə İsrail ilə danışıqlar aparıldığını bildirib.


İranın hücumunun dəhşətli fəsadları olacağını və bunun belə olması üçün ABŞ-ın İsrail ilə birlikdə çalışdığını vurğulayan Sallivan, cavabın nə olacağını açıqlamamışdır.


N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: