Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Rusiya-NATO Şurası ləğv edildi

03.12.2025 19:02 7 baxış sayı 1 dəq. oxuma Metbuat
Rusiya-NATO Şurası ləğv edildi

Rusiya-NATO Şurası rəsmi olaraq ləğv edilib. Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirlərinin görüşündən sonra açıqlama verib. Sikorski bildirib ki, NATO-nun Baş katibi Rusiya-NATO Şurasının artıq mövcud olmadığını elan edib.


Bu Şura Rusiya ilə NATO ölkələri arasında məsləhət mexanizmi rolunu oynayırdı. Qurum 2002-ci ildə İtaliyanın paytaxtı Romada təsis edilmişdi.


Nazir Sikorski Şuranın ləğvinin səbəblərinə toxunaraq, onun köhnə bir dövrə aid olduğunu söyləyib. O qeyd edib ki, bu qurum Avropa təhlükəsizliyinin Rusiya ilə birlikdə qurula biləcəyi düşünülən dövrlərdə yaradılmışdı. Sikorski vurğulayıb ki, o dövrlər artıq bitib. O, çıxışında əlavə edib ki, “Bu gün biz Rusiyaya qarşı Avropa təhlükəsizliyini qururuq.”


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: