Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Real" yeni məşqçi ilə razılıq əldə etdi - Ançelotti gedir

14.04.2025 15:25 121 baxış sayı 1 dəq. oxuma Metbuat
"Real" yeni məşqçi ilə razılıq əldə etdi - Ançelotti gedir

“Real Madrid” “Bayer Leverkuzen”in məşqçisi Xabi Alonso ilə razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, İspan jurnalist Pako Qonzales belə açıqlama verib. Jurnalistin açıqlaması İspaniya mediasında manşet olub. O bildirib ki, razılıq “Real”ın Çempionlar Liqasında "Arsenal"a 0:3 hesablı məğlubiyyətindən əvvəl əldə edilib. O, "Etibarlı mənbə mənə dedi ki, Xabi Alonso ilə razılıq əldə olunub. Bu müqavilənin çoxdan imzalandığını deyənlər var” - deyə bildirib. Xəbərdə deyilir ki, Xabi Alonsonun “Real”a gəlməsi gənc futbolçuları da məmnun edəcək. Bildirilir ki, Alonso gənc futbolçularla işləməyi və onlara şans verməyə üstünlük verir.

Qeyd edək ki, Xabi Alonsonun “Bayer Leverkuzen”lə müqaviləsi 2026-cı ildə yekunlaşır.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: