Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Yeni məşqçinin adı açıqlandı - Ançelottini o əvəz edə bilər

06.01.2025 15:25 150 baxış sayı 1 dəq. oxuma Metbuat
Yeni məşqçinin adı açıqlandı - Ançelottini o əvəz edə bilər

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti klubdan ayrılmağa qərar verib.

Metbuat.az xəbər verir ki, Ançelotti mövsümün sonunda “Real”ı tərk edəcək. “Fichajes”də dərc edilən xəbərdə, "Real Madrid"in mövsümün sonunda baş məşqçi Karlo Ançelotti ilə yollarını ayıracağı, ispan nəhənginin onun yerinə sabiq futbolçusu "Bayer"in çalışdırıcısı Xabi Alonsonu gətirəcəyi iddia edilib. İddialara görə, tərəflər arasında razılıq əldə edilib.

Qeyd edək ki, “Real” mövsümün əvvəlində uğurlu oyun nümayiş etdirmədiyinə görə, tənqid edilib. 19 turdan sonra “Real” La Liqada 43 xalla birinci yerdədir. “Real” bir oyun çox keçirdiyi “Atletiko Madrid”i 2 xal qabaqlayır.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: