
"Real"ın istədiyi türk ulduzun tələbi bilindi

“Yuventus” futbolçusu Kenan Yıldızla yeni müqavilə barədə razılığa gələ bilmədi. Bu uğursuzluqdan sonra tərəflər danışıqları dayandırdılar.
Gənc türk ulduzunun adı hazırda Avropanın nəhəng klubları - "Çelsi", "Arsenal" və xüsusilə "Real Madrid"lə hallanır. Məlumata görə, futbolçu ilə “Yuventus” arasındakı əsas fikir ayrılığı məvacib məsələsi oldu. Bildirilir ki, "La Gazzetta dello Sport"un məlumatına görə, Yıldız hazırda illik 1,7 milyon avro məvacib alır.
Klub onun müqaviləsini uzatmaq üçün ona 6 milyon avro məbləğində maaş təklif etdi. Lakin 18 yaşlı futbolçunun rəhbərlikdən tələbi daha yüksəkdir. Kenan Yıldız illik 7 milyon avro məvacib istəyir. Bu, klubun təklif etdiyi məbləğdən 1 milyon avro artıqdır. Hazırkı maliyyə fərqinə görə, danışıqlar çıxılmaz vəziyyətə düşüb. Kenan Yıldızın “Yuventus”la indiki müqaviləsi 2029-cu ildə başa çatır.
Olimpiya idman növləri və idmançıların hekayələrini danışmağı xoşlayıram. Qadın idmanının inkişafı mənim ürəyimə yaxın mövzudur.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Arda ehtiyatda qalmaqdan usandı - 70 milyona razıl...
melumat.tv

"Real"ın istədiyi ulduz futbolçu danışdı
Bugun.az

"Real"ın istədiyi ulduz futbolçu bilindi
Bugun.az

Arda Gülər "Real Madrid" Əfsanəsi Olmaq Şansını Ne...
Son Xeberler

"Real" Ançelottini buraxmaq istəmədi - Braziliya i...
Bugun.az

Florian Virtz: "Real"a gedəcək?
Bugun.az


