melumat.tv
melumat.tv

28.10.2024 07:27

1 abunə

7

Arda ehtiyatda qalmaqdan usandı - 70 milyona razılıq verə bilər

Arda ehtiyatda qalmaqdan usandı - 70 milyona razılıq verə bilər

“Real Madrid”də istədiyi qədər oyun şansı əldə edə bilməyən Arda Güler barədə yeni iddia ortaya atılıb.

Melumat.tv xəbər verir ki, "Liverpul"un Ardanı transfer etmək istədiyi bildirilir. "El Nacional" qəzetinin məlumatına görə, "Liverpul" Arda üçün 70 milyon avro büdcə ayırıb. Bildirilir ki, “Liverpul” Salahın gedişindən sonra Ardanı transfer etmək istəyir.

Qeyd edək ki, “El-Klasiko” matçında “Real Madrid”in 0-4 hesabı ilə “Barselona”ya məğlub olması və baş məşqçi Karlo Ançelottinin Arda Gülerə şans verməməsi “Real” tərəfində tənqid olunub. Ardanın təklifləri dəyərləndirə biləcəyi iddia edilir.