Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası

31.10.2025 12:33 6 baxış sayı 2 dəq. oxuma Metbuat
Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqı üçün şərəf və qürur mənbəyidir. Bu əlamətdar gün Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlığını və sağlamlığını itirmiş qazilərimizin fədakarlığını bir daha xatırladır. Bu münasibətlə, Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək göstərmək üçün “Zəfər Payı” adlı xeyriyyə aksiyasına start verir. Bu kampaniya cəmiyyəti milli qəhrəmanlarımıza sahib çıxmağa və onlara maddi-mənəvi dayaq olmağa çağırır.


Aksiya 31 oktyabr - 8 noyabr 2025-ci il tarixlərində həyata keçiriləcək. Fond bütün vətəndaşları, eləcə də ölkədə fəaliyyət göstərən şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir. “Zəfər Payı” kampaniyasına ianə etmək üçün müxtəlif üsullar təqdim olunur. Dəstək vermək istəyənlər redhearts.az veb-saytındakı “İanə et” bölməsindən və ya Birbank mobil tətbiqi vasitəsilə öz köməklərini çatdıra bilərlər.


Qırmızı Ürəklər Fondu (“Red Hearts”) 2020-ci ildə Kapital Bank-ın əməkdaşları tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatından keçən Fond, ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. “Red Hearts” təkcə müharibə veteranlarına yox, həm də ətraf mühitin qorunması, təhsil və maarifləndirmə kimi cəmiyyət üçün vacib mövzularda sosial layihələr reallaşdırır. Fondun ali məqsədi xeyriyyəçilik mədəniyyəti ətrafında yardımsevər insanları birləşdirməkdir.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: