Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qazaxda mina partladı -Xəsarət alan var

17.11.2025 09:52 9 baxış sayı 1 dəq. oxuma Metbuat
Qazaxda mina partladı -Xəsarət alan var

Noyabrın 17-də Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.


Bu xoşagəlməz hadisə barədə məlumatı ANAMA ictimaiyyətə yayıb. Partlayış zamanı agentliyin əməkdaşı, 1988-ci il təvəllüdlü Samir Mübariz oğlu İmamverdiyev xəsarət alıb. O, xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə mina partlayışına düşüb.


Hadisə nəticəsində İmamverdiyevin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Xəsarət alan əməkdaş dərhal Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Həkimlərin verdiyi məlumata görə, hazırda onun vəziyyəti qənaətbəxşdir və həyati təhlükəsi yoxdur.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: