Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

ANAMA-nın əməkdaşı minaya düşdü

28.04.2025 09:25 64 baxış sayı 1 dəq. oxuma Metbuat
ANAMA-nın əməkdaşı minaya düşdü

Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var.

Metbuat.az xəbər veriri ki, bu barədə "Report"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Qeyd edilib ki, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: