Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qarabağ Universiteti üçün yeni tədris korpusları tikiləcək

13.05.2025 09:25 67 baxış sayı 1 dəq. oxuma Metbuat
Qarabağ Universiteti üçün yeni tədris korpusları tikiləcək

Qarabağ Universitetinin Biznes və İqtisadiyyat korpusları inşa olunacaq.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Əsaslı Tikinti və Təchizat İdarəsi korpusların tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "İdeal Project" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, universitetin korpuslarının layihələndirilməsi üçün şirkətə 698 914 manat ödənilib.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: