
Bu universitet üçün yeni tədris binası tikilir

Lənkəran Dövlət Universiteti (LDU) üçün yeni tədris binasının inşasına başlanılır.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, yeni bina Füzuli küçəsi, 170 A ünvanında yerləşən tədris binasının həyətində inşa olunacaq.
Məlumata görə, inşası planlaşdırılan tədris binası 4 mərtəbəli olacaq. Artıq universitetdə yeni tədris binasının layihə-smeta sənədlərinin hazırlanması işləri ilə bağlı müvafiq işlər yekunlaşdırılıb.
Universitet sözügedən işlərin icrasını "NOKA" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, yeni tədris binasının layihə-smeta sənədlərinin hazırlanması işləri üçün MMC-yə 23 128 manat ödənilib.
Qeyd edək ki, işlərin icrasının həvalə olunduğu "NOKA" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Tahirova Günel Yaşar qızıdır.
Xatırladaq ki, bir müddət əvvəl Lənkəran Dövlət Universiteti (LDU) üçün 1,9 milyon manat dəyərində yeni baytarlıq klinikasının tikintisi işlərinə başlanılıb.
Oxşar xəbərlər

Texniki Universitet və Peşə Məktəblərinin məzunlar...
Edumap.az Təhsil Portalı

Bakıda Təhsil Forumu: "Tərəfdaşlıqdan Tərəqqiyə" D...
Bugun.az

Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açıl...
Son Xeberler

Bu il istifadəyə veriləcək yeni məktəb binaları -
Son Xeberler

Sabah ilk dərslər bu mövzulara həsr olunacaq
Son Xeberler

STEP İT Akademiyada tədris şöbəsinə menecer vakans...
Edumap.az Təhsil Portalı