🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
9 abunə

"Qarabağ"la oyunda bəxtimiz gətirdi" - FCSB-nin baş məşqçisi

23.01.2025 20:25 108 baxış sayı 1 dəq. oxuma
"Qarabağ"la oyunda bəxtimiz gətirdi" - FCSB-nin baş məşqçisi

"Qarabağ"la oyunda bəxtimiz gətirdi.

Metbuat.az-ın məlumatına görə, bunu FCSB-nin (Rumıniya) baş məşqçisi Elias Xaralambous Bakıda "Qarabağ"a qarşı keçirdikləri UEFA Avropa Liqasının oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları görüş barəsində danışıb:

"Gözəl oyuna və qələbəyə görə çox sevinirəm. Dünən də demişdim ki, bizi çətin matç gözləyir. Həqiqətən "Qarabağ"la görüşdə çox əziyyət çəkdik. Düşünürəm ki, bəxtimiz də gətirdi".

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB matçı Rumıniya klubunun 3:2 hesablı qələbəsi ilə bitib.

Paylaş: