Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Səfərdə oynadığımız üçün favorit "Qarabağ"dır" - FKSB-nin futbolçusu

22.01.2025 20:25 149 baxış sayı 1 dəq. oxuma Metbuat
"Səfərdə oynadığımız üçün favorit "Qarabağ"dır" - FKSB-nin futbolçusu

Səfərdə oynadığımız üçün favorit "Qarabağ"dır".

Metbuat.az-ın məlumatına görə, bunu FCSB-nin (Rumıniya) futbolçusu Coyskim Dava Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.

O, sabahkı matçda qələbəyə ümid etdiklərini bildirib:

"İkinci dəfədir Bakıya gəlirəm. İnanıram ki, sabah gözəl nəticəyə nail olacağıq. Əsas işimiz sabahkı oyuna köklənməkdir. "Qarabağ" yerli çempionatda liderdir. Hücumameyilli komandadır. Səfərdə oynadığımız üçün favorit "Qarabağ"dır".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: