Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​“Qalatasaray" çətin qələbə qazandı

04.01.2025 19:25 123 baxış sayı 1 dəq. oxuma Metbuat
​“Qalatasaray" çətin qələbə qazandı

Türkiyə Super Liqasında XVIII tur davam edir.

Metbuat.az Apasport.az-a xəbər verir ki, bu gün daha 3 matç baş tutub.

Lider "Qalatasaray" da növbəti oyununa çıxıb. Komanda "Göztepe"ni qəbul edib.

Görüşdə hesabı meydan sahibləri açıb. Viktor Osimhen penaltini dəqiq yerinə yetirib. Lakin çox keçmədən qonaqlar hesabı bərabərləşdirməyi bacarıblar. Romulo Kardozo komandasını sevindirib.

Matçın ikinci yarısında "sarı-qırmızılar" yenidən önə keçiblər. Yunus Akgün "Cimbom"a qələbə qazandıran topun müəllifi olub - 2:1.

Arda Turanın rəhbərlik etdiyi "Eyüpspor" isə "Antalyaspor"la qarşılaşıb. "Sarı-bənövşəyilər" səfərdən darmadağınla dönüblər - 4:1.

Türkiyə Super Liqası
XVIII tur

"Qalatasaray" - "Göztepe" 2:1
"Adana Demirspor" - "Başakşehir" 0:1
"Antalyaspor" - "Eyüpspor" 1:4

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: