🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Qadın işləri görürəm - "TikTok"da məşhurlaşan ata

13.05.2025 19:25 4 baxış sayı 1 dəq. oxuma
Qadın işləri görürəm - "TikTok"da məşhurlaşan ata

Baku TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və aparıcı Arzu Kəlbi Şəmkirdə uşaqlarını anasız böyüdən Əfqan Alıyarovun evində olub.

Metbuat.az xəbər verir ki, verilişdə ailənin yaşadığı kənd mühiti, gündəlik məişət həyatı və atanın övladlarına göstərdiyi qayğı əks olunub.

Həmçinin Əfqan Alıyarov və oğlu Fərid Alıyarovun hazırladıqları əl işləri nümayiş etdirilib. Əfqan Alıyarov uşaqlarına olan sevgisindən danışarkən "onlar həyata tutunma səbəbimdir" deyib.

"Təkrar ailə qurmaq istəyərsinizmi?" sualını cavablandıran Ə.Alıyarov "istəmərəm. Evlənsəm də, həyat yoldaşım uşaqlarıma qarışmayacaq. Günortaya qədər qadın işləri görürəm. Hər şeylərini özüm həll edəcəyəm. Xanımımın sadəcə arxamda dayanmağını istəyərəm" deyib.

Ətraflı süjetdə:


Paylaş: